Legionella bakteriyasının suda yoxlanılması
Legionella pneumophila ağciyərlərə təsir edən və bəzi ölümcül sağlamlıq problemlərinə səbəb ola bilən bir bakteriya növüdür. Legioner xəstəliyi olaraq da bilinən və daha çox su paylama sistemlərində və kondisioner sistemlərində asanlıqla çoxala bilən legionella tipli bakteriyalara qarşı tədbir görülməsi üçün müntəzəm nümunə götürmə və analiz aparılmalıdır.Soyutma qüllələrində, isti və soyuq su sistemlərində, spa mərkəzlərində, fəvvarələrdə, duş avadanlıqlarında, stomatoloji alətlərdə Legionella ilə mübarizə müntəzəm olaraq aparılmalıdır. Xüsusilə, mikroorqanizmlər baxımından havanın və suyun keyfiyyətinin monitorinqi zamanı “BS 7592: Su sistemlərində Legionella bakteriyaları üçün nümunə götürmə standartı” əsas götürülə bilər.
Eyni zamanda, suyun keyfiyyətinin qiymətləndirilməsi “BS 8580-2: Suyun keyfiyyəti – 2-ci Hissə: Pseudomonas aeruginosa və digər su ilə daşınan patogenlər üçün risklərin qiymətləndirilməsi – Təcrübə Məcəlləsi” standartı ilə dəstəklənə bilər.